Qazax şəhərində yerli sakin mübahisə zəminində bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, Qazax şəhərində 1997-ci il təvəllüdlü E.Rəfiyev mübahisə zəminində qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, 2002-ci il təvəllüdlü Ə.Məmmədovdur.

Onun saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.