Quba rayonunda vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan Aslan Əmirəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi bvaxılması üçün Quba rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim İlqar Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Aslan Əmirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.