Azərbaycanda ötən il 155 insan alveri və 5 məcburi əmək cinayəti müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Məlumata görə, insan alveri ilə bağlı 3 cinayətkar qrup zərərsizləşdirilib.

Ötən il insan alverinin qurbanı olmuş 94 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.