Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Cahangirovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.