Tovuz rayonunda döyülmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Quliyev Əvəz Eyvaz oğlu naməlum şəxs tərəfindən döyülüb.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Ə.Quliyevin alt çənəsi döyülərək sındırılıb.

Faktla bağlı araşdırma aparılır.