BAKI, 7 mart. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri Tehran və İranın mərkəzi bölgəsinə növbəti hava zərbələrini həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyatda 80 qırıcı təyyarə iştirak edib. Tehrandakı əsas hədəflərdən biri İmam Hüseyn Universiteti olub. Universitet həm İslam İnqilabı Keşikçiləri Korpusu üçün zabit hazırlayan hərbi akademiya kimi fəaliyyət göstərir, həm də bəzi hərbi məqsədlər üçün istifadə edilib. Məhz buna görə də obyekt qanuni hərbi hədəf olub.
Bəyanatda qeyd olunur ki, İsrail həmçinin raketlərin saxlanıldığı yeraltı bunkerlərə və digər hərbi obyektlərə də zərbələr endirib.