BAKI, 7 mart. TELEQRAF

Salyan polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 63 yaşlı Taleh Şükürov saxlanılıb.

Teleqraf-ın xəbərinə görə, həmin şəxsdən narkotik vasitə olan heroin və metamfetamin, eləcə də 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.