Əməkdar artist Röya Ayxanın həmkarı, digər əməkdar artist Aygün Bəylərə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində baş tutan prosesə Aygün Bəylər gəlməyib.

Hakim bildirib ki, Aygün Bəylərin məhkəmədə iştirakı vacibdir: "Məhkəmə onun ünvanına bildiriş göndərib. Amma Aygün xanım, deyəsən, həmin ünvanda yaşamır. Məhkəmə yenidən bildiriş göndərəcək”.

Növbəti proses fevralın 26-da davam edəcək.

Qeyd edək ki, Aygün Bəylər ARB televiziyasında Röya Ayxanın şərəf və ləyaqətini təhqir edib. Röya Ayxan iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib.

O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməyi tələb edib.

Aygün Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində Röya Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.