Bakının Yasamal rayonunda cibgirlik cinayəti törədilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Ruhəngiz Süleymanova marşrut avtobusunda cibgirliklə üzləşib.

26-cı polis bölməsinə müraciət edən qadın bildirib ki, avtobusdan düşəndən sonra çantasından 225 manat pulunun olmadığını görüb. Şikayətçi qeyd edib ki, həmin pulu avtobusda cibgirlər tərəfindən oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.