Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonu ərazisindəki mağazalardan birindən 230 manat, planşet və tütün məmulatı oğurlanması barədə 17-ci polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Vüsal Səmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.