Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinə müraciət edən qəsəbə sakini olan qadın evindən oğurluq edilməsini bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və mənzildən 4000 manat dəyərində qızıl əşyalarının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların qəsəbə sakinləri İsmayıl Abdullayev və Məhəmməd Yəhyayev olduqları müəyyən edilib.