Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən Zaur Abbasov hıbs edilib.

Onun ötən ilin mart və noyabr aylarında rayon ərazisindəki 2 həyətyanı sahədən kombi aparatı, 60 metr elektrik naqili, samovar və xalça oğurlaması da müəyyən edilib.