Abşeron rayonunda iki qadının yaralanması ilə nəticələnən yol qəzasını törədən sürücü müəyyən olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də Gülnarə Zeynalovanın və Fəqan Əhmədovun xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Kamran Məmmədzadə tərəfindən törədilməsi müəyyən edilib. O, həbs edilib.

Hacı Zeynalov