BAKI, 16 sentyabr. TELEQRAF
Gürcüstan Georgi Zakaraşvilini Azərbaycana yeni səfir təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Georgi Zakaraşvili bu təyinata qədər 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-da daimi nümayəndəsi vəzifəsində çalışıb.