BAKI, 5 iyul. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Venesuelanı Milli Gün münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat paylaşıb.

"Venesuelanın Milli Günü münasibətilə Venesuela Hökumətinə və xalqına səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Venesuela!"- paylaşımda qeyd olunub.