BAKI, 2 iyul. TELEQRAF
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkənin dövlət mükafatı olan "Qızıl yun" ordenini təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası bu barədə açıqlama yayıb.
Bildirilib ki, Kavelaşvili Özbəkistan Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də tanınmama siyasətinə verdiyi güclü dəstəyə görə təşəkkür edib.