BAKI, 29 iyun. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya gözlənilən səfərinin konkret tarixləri hələlik müzakirə mərhələsindədir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI telekanalına müsahibəsində bildirib.

"Azərbaycan xarici işlər nazirinin Moskvaya səfərinin vaxtı hələlik müzakirə olunur və yekun razılıq əldə olunmayıb", - o qeyd edib.

Mixail Qaluzin vurğulayıb ki, Rusiya tərəfi bu görüş zamanı ikitərəfli münasibətlərin bütün spektrini, o cümlədən siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlıq məsələlərini ətraflı şəkildə müzakirə etməyi planlaşdırır.