BAKI, 25 iyun. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial media hesabında paylaşım edib.
Görüşün səmərəli keçdiyini qeyd edən H. Hacıyev bildirib ki, tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və Fransa lideri Emmanuel Makron arasında ötən ay baş tutan telefon danışığının ruhuna uyğun olaraq, iki ölkə arasındakı ikitərəfli münasibətlərin cari vəziyyətini və əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.
Görüşdə, həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.