BAKI, 15 iyun. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
"Pakistanın danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəkdir",- bəyanatda qeyd edilib.