BAKI, 9 iyun. TELEQRAF

Belçika və Böyük Britaniya qonşu, yaxın dost və tərəfdaşdırlar. Cənubi Qafqaza gəldikdə isə biz eyni baxışların bir çoxunu paylaşırıq.

Teleqraf xəbər verir ki, bu barədə Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepon sosial media hesabında paylaşım edib.

Britaniyalı həmkarı Dunkan Normanla səfirlikdə görüşdüyünü bildirən diplomat qeyd edib:

"Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Normanı səfirliyimizdə salamlamaqdan məmnunluq duydum. Azərbaycandakı missiyanız zamanı sizə uğurlar arzulayıram!".