BAKI, 8 iyun. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının rəsmi Tbilisinin prioritetlərindən biri olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, ölkə rəsmisi Cənubi Qafqazda sabitliyin təmin olunması və regional əməkdaşlığın inkişaf etdirilməsinin Gürcüstan dövləti üçün əsas prioritet olduğunu vurğulayıb.