BAKI, 5 iyun. TELEQRAF

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Bu il qlobal tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan Hökumətinə dərin minnətdarlığımı bildirirəm. Bu kritik qlobal çağırışlar fonunda beynəlxalq əməkdaşlığın və konstruktiv dialoqun təşviq edilməsində göstərdiyi liderliyə görə Azərbaycanı təbrik edirik", - o qeyd edib.

Xatırladaq ki, bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Ümumdünya Ətraf Mühit Günü (WED) keçirilir.