BAKI, 2 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, təyinat təsdiqlənməsi üçün Senata göndərilib.