BAKI, 6 aprel. TELEQRAF
Azərbaycan bizim strateji tərəfdaşımızdır.
Teleqraf xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycan bizim strateji tərəfdaşımızdır. Ölkələrimiz arasında uzun illərdir mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri çox vacibdir. Dünyada və Yaxın Şərqdə cərəyan edən mürəkkəb proseslər fonunda Prezident İlham Əliyevin Gürcüstana səfəri böyük əhəmiyyət kəsb edir",- o vurğulayıb.
K.Kaladze həmçinin qeyd edib ki, regionda sülhün qorunub saxlanılması hər iki dövlət üçün prinsipial məsələdir: "Biz Azərbaycan xalqı ilə bu cür strateji tərəfdaşlığı və dostluq əlaqələrini alqışlayırıq".