BAKI, 6 mart. TELEQRAF
Çexiya səfirliyi Naxçıvana qarşı edilən hücumları qətiyyətlə pisləyib.
Bu barədə Teleqraf-a Çexiyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfirliyin məlumatında bu addımın qəbuledilməz olduğu, Azərbaycanın təhlükəsizliyini pozduğu və regional sabitliyə xələl gətirdiyi vurğulanıb.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb.