BAKI, 6 mart. TELEQRAF

Belçikanın Azərbaycandakı səfirliyi Naxçıvan Muxtar Respublikasına edilən hücumlarla bağlı ölkəmizə tam həmrəy olduğunu bildirib.

Bu barədə Teleqraf-a Belçikanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, mülki şəxslərin həyatını təhlükəyə atan, Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını pozan bu hücumlar qətiyyətlə pislənilib, xəsarət alanların tezliklə sağalması arzulanıb.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb.