BAKI, 30 yanvar. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında uzunmüddətli tərəfdaşlığın perspektivləri, xüsusilə 2026-2030-cu illər üzrə yeni Əməkdaşlıq Çərçivə sənədi ətrafında geniş fikir mübadiləsi aparılıb.
İqor Qarafuliç BMT-nin ölkədəki bütün struktur bölmələrinin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması və milli prioritetlərin dəstəklənməsi üçün tam səfərbər olduğunu vurğulayıb.