BAKI, 21 yanvar. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının Azərbaycana müvəqqəti rezident əlaqələndiricisi təyin olunub.
Teleqraf xəbər verir ki, bu barədə məlumat BMT-nin veb səhifəsində yerləşdirilib.
Qeyd edilib ki, BMT-nin Azərbaycandakı müvəqqəti Rezident Əlaqələndiricisi vəzifəsinə İqor Qarafuliç təyin olunub.
Xatırladaq ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın səlahiyyət müddəti yanvarın 8-də başa çatıb.