BAKI, 14 yanvar. TELEQRAF

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən Yeni illə bağlı təşkil olunan rəsmi qəbulda iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Nəsimi Ağayev "X" hesabında paylaşım edib.

Görüşdə diqqət çəkən məqam səfirimizin mərasimə Azərbaycan milli geyimində qatılması olub.