BAKI, 15 oktyabr. TELEQRAF
Rusiya Ermənistan və Azərbaycan arasında sülh razılaşmasının imzalanmasına vasitəçilik etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin bildirib.
O qeyd edib ki, Moskva iki qonşu ölkə arasında münasibətlərin normallaşdırılmasına böyük önəm verir.
"Biz İrəvan və Bakıya lazım olan dəstəyi göstərməyə hazırıq. Qalan mübahisələrin həllində kömək edəcəyik", - M. Qaluzin qeyd edib.
Mixail Qaluzin həmçinin vurğulayıb ki, Rusiya Ermənistan və Azərbaycan arasında sülh prosesində əsas və effektiv rol oynayır.