BAKI, 13 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələrdən razı qaldığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp Putinlə Alyaskada keçirilən sammitdən sonra Ukrayna ilə bağlı ikinci görüşün keçirilməsi üçün yaxşı şans olduğunu deyib,.

O qeyd edib ki, Alyaska sammiti uğurlu olarsa, Putin və Zelenski tezliklə birgə danışıqlar aparacaqlar.

"Alyaskada Ukrayna ilə bağlı razılaşmalar əldə olunmasa, Rusiya ABŞ tərəfindən çox ciddi tədbirlərlə üzləşəcək", - Tramp vurğulayıb.