BAKI, 9 avqust. TELEQRAF
Səudiyyə Ərəbistanı Ermənistan və Azərbaycan arasında sülh razılaşmasının elan olunmasını alqışlayır.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
"Bu razılaşmaya vasitəçilik edən ABŞ-ni təbrik edirik",- paylaşımda deyilir.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.
Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.