BAKI, 5 may. TELEQRAF
Prezident İlham Əliyev “Feldyeger rabitəsi haqqında” qanunda dəyişikliyi təsdiq edib.
Teleqraf xəbər verir ki, bununla bağlı dövlət başçısı fərman imzalayıb.
Belə ki, hökumət qanunun icrası ilə bağlı diplomatik korrespondensiyanın daşınması qaydasını iki ay müddətində müəyyən etməli və dövlət başçısına məlumat verməlidir.