BAKI, 18 aprel. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli sabiq həmkarı, ölkənin Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğluna başsağlığı verib.

Teleqraf xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Qardaş Türkiyə Respublikasının keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, dəyərli qardaşımız və dostumuz Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun!" - paylaşımda bildirilib.