Aparıcı Nərgiz Vahabqızı “Seyf” verilişi ilə ekrana qayıdır.
Bu barədə Teleqraf.com-a aparıcının özü məlumat verib: “Seyf” verilişi əvvəlki formatında olacaq, cuzi dəyişiklik gözlənilir. Verilişi Azər İsmayılovla birlikdə aparacağıq. Azərlə heç vaxt veriliş aparmamışıq. İlk dəfədir ki, birlikdə verilişdə aparıcılıq edəcəyik. İnşallah ki, uğurlu alınar. Adətən, mən studiyada veriliş aparmağa alışmışam. İnsanların evlərinə getmək, onlarla canlı dialoqa girmək və s. tipli verilişə aparıcılıq etməmişəm. Amma çalışacam ki, bu veriliş yaxşı alınsın. Düzdür, mənim üçün elə də böyük problem deyil. Deyim ki, qorxuram, yox. İnşallah, yaxşı olar”.
N.Vahabqızı "ATV maqazin" verilişinin aparıcısı olub.
Rəqsanə