BAKI, 26 sentyabr. TELEQRAF

Azərbaycan Xəzər dənizində suyun səviyyəsinin davamlı azalmasından narahatdır.

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Xəzərin səviyyəsinin azalması regionun biomüxtəlifliyinə, əhalinin yaşayış şəraitinə və iqtisadi fəaliyyətə ciddi təsir göstərir.

Bayramov vurğulayıb ki, bu problem bütün Xəzəryanı dövlətlər üçün ortaq çağırışdır və onun həlli əlaqələndirilmiş, kollektiv və davamlı tədbirlər tələb edir.