BAKI, 31 avqust. TELEQRAF
Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha bir həkim-mütəxəssis əlavə olunub.
Məlumata əsasən, siyahıya həkim-mütəxəssis Həsənli Abidin Nəsib oğlu daxil edilib.
Sonuncu dəyişiklikdən sonra ölkə ərazisində plastik cərrahiyyə sahəsində qanuni praktik tibb fəaliyyəti hüququ olan həkimlərin ümumi sayı 46 nəfərə yüksəlib.