BAKI, 17 iyul. TELEQRAF
Azərbaycan BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasının açılış sessiyasında milli bəyanatını təqdim etmək edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial platformalarında paylaşım edib.
O bildirib ki, milli bəyanatda şəhərsalma siyasətimizin beş əsas prioritetini - rahat və əlçatan yaşayış mühitinin yaradılması, müasir planlaşdırma, rəqəmsallaşma, iqlim dayanıqlılığı və gələcəyə hazır şəhərlərin formalaşdırılması diqqətə çatdırılıb.
"Həmçinin vurğuladım ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası əlavə bir prinsip — “Daha Yaxşı Yenidənqurma” əsasında həyata keçirilir. Bu yanaşma bizim üçün təkcə infrastrukturun bərpası deyil, həm də uzunmüddətli sülhün və yüksək həyat keyfiyyətinin əsasının qoyulması deməkdir.
Bu prioritetlər artıq konkret fəaliyyətə çevrilir. Ölkə şəhərlərinin 86 %-indən çoxu üzrə yenilənmiş baş planlar hazırlanıb. Növbəti mühüm mərhələ isə UN-Habitat ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın Milli Şəhərsalma Siyasətinin hazırlanmasıdır",- Anar Quliyev qeyd edib.