BAKI, 6 iyul. TELEQRAF
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Fazil Əliyev doğma torpaqlarına dönüşün böyük sevinc hissi yaşatdığını bildirib.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, Cəbrayıldan məcburi köçkün düşəndə 40 yaşı olub.
“Cəbrayıl indi daha da gözəlləşib. Tikinti işləri davam edir, hər şey daha da yaxşı olacaq. Kürəyimizdə Prezidentimizin əli varsa, biz həmişə güclüyük. Bu gücümüzlə torpaqlarımızı azad etdik. Şükür bu günümüzə. Sevincdən söz tapa bilmirəm. Nəhayət, doğma torpaqlarımıza qayıdıb əlimizdən gələn işləri görəcəyik. Torpaqlarımız çiçəklənəcək”,-– deyə o vurğulayıb.