BAKI, 4 iyul. TELEQRAF

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açqlanıb.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumatına əsasən iyulun 5-də cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.