BAKI, 4 iyul. TELEQRAF
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 6-da Özbəkistana səfərə gedəcək.
Bu barədə Teleqraf-a QMİ-dən bildirilib.
Məlumata görə, səfərdə məqsəd İSESCO və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin birgə təşkilatçılığı ilə 7-11 iyul tarixlərində Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində keçiriləcək "İslam Sivilizasiyası: Sülh, Tolerantlıq və Maarifçilik Yolu" mövzusunda I Beynəlxalq İslam Forumunda iştirakdır.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təskilatının (ISESCO) Bas Direktoru Salim M. Al Malik və Özbəkistan İslam Sivilizasiyasi Mərkəzinin direktoru Firdavs Abdulxalikovun dəvəti ilə baş tutan səfər çərçivəsində silsilə tədbirlər nəzərdə tutulur.
XXI əsrdə həyata keçirilmis ən böyük humanitar va mədəni-maarif layihələrinden biri olan Özbəkistan İslam Sivilizasiyası Mərkəzində Forum, Səmərqənddə yeni Imam al-Buxari Memorial Kompleksinin açılışı, İmam əl-Buxari, İmam ət-Tirmizi və İmam al-Maturidi adına Beynəlxalq Tədqiqat Mərkəzləri ilə tanışlıq, bu şəxsiyyətlərin mənəvi, elmi və intellektual irsinə həsr olunmus 3 beynəlxalq konfrans və digər tədbirlər səfər proqramına daxildir.
Beynəlxalq İslam Forumu İslam dünyasının XXI əsrin yeni beynəlxalq humanitar platforması kimi nəzərdə tutularaq, sülh mədəniyyətinin, qarsılıqlı hörmət, sivilizasiyalararası dialoq və beynəlxalq humanitar əməkdaslığın möhkəmləndirilməsinə yönəlmisdir. Tədbirdə Islam dünyasının aparici din alimləri, akademikləri, beynəlxalq təskilatların, muzeylərin, kitabxanaların, tədqiqat mərkəzlərinin, universitetlərin, dövlət orqanlarının və iri miqyaslı humanitar qurumların nümayəndələri İslam sivilizasiyasının qlobal intellektual, elmi və mədəni irsə görkəmli töhfələrini, həmçinin, elm, fəlsəfə, təhsil, incəsənət, mənəviyyat və humanitar fikrin inkisafindaki rolunu müzakirə edəcəklər.