KƏLBƏCƏR, 3 iyul. TELEQRAF
Birinci Qarabağ müharibəsində itkin düşmüş mülki şəxslər Kəlbəcərdə dəfn olunub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, dəfn mərasimində şəhidlərin ailə üzvləri, Kəlbəcər üzrə prezidentin xüsusi nümayəndəliyinin rəsmiləri, rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Mərasim ilk olaraq Daşbulaq kəndində keçirilib. Burada Mədinə Babayeva dəfn olunub.
Daha sonra Zar kəndində digər mülki şəhid Bahadur Kamalov dəfn edilib.
Məlumat üçün bildirək ki, 1937-ci il təvəllüdlü Bahadur Kamalov 1993-cü ildə Murovdağ istiqamətində, 1905-ci il təvəllüdlü Mədinə Babayeva isə Daşbulaq kəndində itkin düşüb.