BAKI, 3 iyul. TELEQRAF

Təəssüf ki, VI "Yüksəliş" müsabiqəsində xanımların sayı azdır.

Teleqraf xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev "Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində deyib.

O bildirib ki, xanımların sayının artırılmasına çalışılır.

"VI "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanında iştirak edən 1 468 nəfərdən 331 nəfəri yarımfinalçı adını qazanıb. Yarımfinalçılardan əvvəlki illərdə iştirak edənlərin sayı 277 nəfərdir.

İştirakçıların 57,7%-i 21-30 yaş aralığındadır. 40,18%-i 31-40 yaş aralığında, 2,11%-i isə 41-51 yaş aralığındadır. İştirakçıların yarıdan çoxu Bakıdandır. Bölgələrin də çox qatılmasını istərdik və bunun üçün də çalışırıq", - deyə vurğulayıb.

F.Hacıyev qeyd edib ki, müsabiqəyə müraciət sayı hər il artır.