BAKI, 1 iyul. TELEQRAF
2026/2027-ci tədris ili üzrə xarici dövlətlərin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, şəhadətnamə xarici dövlətlərin ali təhsil müəssisələrində əldə edilmiş kvalifikasiyaların qismən akademik tanınmasını təsdiq edən sənəd hesab olunur.
"Qismən akademik tanınma haqqında şəhadətnamənin əldə edilməsi üçün müraciətlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim olunur.
Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, sözügedən şəhadətnamənin əldə edilməsi üçün müraciət müddəti 7 iyul 2026-cı il saat 18:00-dək uzadılıb.
Qismən akademik tanınma haqqında şəhadətnaməni əldə edən tələbələr 13 iyul 2026-cı il saat 10:00-dan 19 iyul 2026-cı il saat 18:00-dək portal.edu.az platforması vasitəsilə müraciət edərək yerdəyişmə prosesində iştirak edə bilərlər.
Müraciət üçün tkta.edu.az saytına keçid edə bilərsiniz", - məlumatda qeyd olunub.