BAKI, 26 iyun. TELEQRAF
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Gənclər Şurasının 9-cu iclası keçirilir.
Teleqraf xəbər verir ki, "Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı" mövzusuna həsr olunan iclasda CICA-ya üzv ölkələrin nümayəndə heyətləri, gənclər nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və CICA-nın Baş katibi Kairat Sarıbay çıxış edərək gənclərin beynəlxalq əməkdaşlığın inkişafı, dayanıqlı şəhərsalma və regional tərəfdaşlığın gücləndirilməsində rolundan danışıblar.
İclas çərçivəsində CICA Gənclər Şurasının 9-cu iclasının yekun tövsiyələrinin qəbul edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, iyunun 27-də CICA ölkələrinin Gənclər Nitq və Debat Müsabiqəsi keçiriləcək.
"Süni intellekt və insan kapitalı: imkanlar və gənclərin gələcəyi" mövzusuna həsr olunacaq yarışda iştirakçılar süni intellektin məşğulluq və təhsil sahələrinə təsiri ilə bağlı debat aparacaqlar.