BAKI, 5 iyun. TELEQRAF
Növbəti il Serbiya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.
Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.
Nazir həmçinin bildirib ki, iqlim dəyişiklikləri, biomüxtəlifliyin azalması, su ehtiyatlarının tükənməsi, torpaq deqradasiyası və digər məsələlər bir-biri ilə sıx əlaqəli proseslərdir.
O bildirib ki, bunlar beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir.
"Ölkəmiz hazırda 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulub. Bu, ölkəmizin qlobal ekoloji və iqlim gündəliyinə sadiqliyinin, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz göstəricisidir", - nazir əlavə edib.