BAKI, 5 iyun. TELEQRAF
Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edən və itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılıb.
DİN Mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, onlar aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılıb.
Onlar istintaqa təhvil verilib.