BAKI, 4 iyun. TELEQRAF
Kibertəhlükəsizlik sahəsində uğur yalnız texnoloji imkanlarla deyil, strateji düşüncə, qabaqlayıcı yanaşma və koordinasiyalı fəaliyyətlə təmin olunur.
Teleqraf xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov deyib.
O bildirib ki, bu sahədə real nəticə əldə etmək üçün dövlət strukturları, elmi tədqiqat institutları və özəl sektor arasında davamlı əməkdaşlıq formalaşdırılmalıdır. Rəis müavini IV Milli Kibertəhlükəsizlik Forumunun əhəmiyyətini yüksək qiymətləndirərək əlavə edib:
"Belə tədbirlərin keçirilməsi həm sahə üzrə dövlət-özəl tərəfdaşlığının güclənməsi, həm də beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də yeni potensialların kəşf edilməsi baxımından çox faydalıdır".