BAKI, 16 aprel. TELEQRAF

Aprelin 15-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Biləsuvar şəhərində vətəndaşları qəbul edib.

Bu barədə Teleqraf-a komitədən məlumat verilib.

​Bildirilib ki, qəbulda Biləsuvar, Şirvan, Hacıqabul, Cəlilabad, Salyan və Neftçala sakinlərinin müraciətlərinə baxılıb, ​torpaq sahələrinin ayrılması, şəhərsalma və tikinti normalarına uyğun icazə prosedurları ətrafında müzakirələr aparılıb. ​

Komitə sədri qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun operativ həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.

Həmçinin şəffaflığın təmin edilməsi və vaxt itkisinin qarşısının alınması məqsədilə yaradılmış Elektron Tikinti Portalı (e-tikinti.gov.az) barədə də vətəndaşlara məlumat verilib.