BAKI, 15 aprel. TELEQRAF
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa yeni maddə əlavə edilib.
Teleqraf-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla öz əksini tapıb.
Belə ki, həmin Qanuna 12.5-ci maddəsi əlavə edilib. Bu maddəyə görə, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.